Milli komanda

“Azərbaycanda vəziyyəti düzəltmək yönündə də heç bir addım atılmır” – Millimizin baş məşqçisi

Futzal üzrə Azərbaycan yığmasının ispaniyalı baş məşqçisi Tino Peres ölkəsinin mətbuatına müshaibə verib.

İdmanxeber.com-un məlumatına görə, ispan çalışdırıcı problemlərdən danışıb:

“Azərbaycanda heç bir futzal məktəbi yoxdur. Bu ölkənin gənclərdən ibarət yığması, həta qadın futzalı da yoxdur. Seçimimiz elə də böyük deyil. Bu ölkədə vəziyyəti düzəltmək yönündə də heç bir addım atılmır. Yalnız əsas komanda ilə maraqlanırlar. Buna baxmayaraq, milliyə dəvət edən oyunçuların vəziyyətini yaxşılaşdırmağa çalışıram. Amma buna AFFA tərəfindən lazımi dəstək olmadan nail olmaq çox çətindir. Məsələn, ötən ilin sentyabr ayından bəri bir dənə də normal yoxlama görüşü keçirməmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43