Kateqoriyasız

Millimiz İrlandiyaya qarşı

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün millimiz  mübarizə apardığı 1-ci qrupda ikinci oyununa çıxacaq.

Patrisiya Qonzalesin komandası meydan sahibi olan İrlandiya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz ilk oyunda Polşa ilə qolsuz heç-heçə edib.

Turun digər oyununda Almaniya Polşa ilə üz-üzə gələcək.

7 aprel

Avropa çempionatın elit-raundu, I qrup, II tur

22:30. İrlandiya – Azərbaycan

Baş hakim: Ana Miniç (Serbiya)

Dublin. “Tallagt” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43