Kateqoriyasız

Azərbaycan Kubokunun finalı Olimpiya stadionunda

Azərbaycan kubokunun finalının keçiriləcəyi stadiona böyük ölçüdə aydınlıq gəlib. 

İdmanxeber.com-un məlumatına görə, həlledici qarşılaşma böyük ehtimalla bölgədə baş tutmayacaq.

Bir müddət öncə finalın Gəncə şəhər stadionunda keçiriləcəyi bildirilirdi. Bununla bağlı açıqlama verən klub rəsmiləri də məlumatı təsdiqləmişdilər. Onlar həmin müddətə kimi stadionun ot örtüyünün və oturacaqlarının normal vəziyyətə salına biləcəyini demişdilər. Lakin klub  rəhbərliyinin məsələyə biganə yanaşması gəncəlilərin kubokun həlledici matçını izləmək arzusunu ürəklərində qoyub.

AFFA və PFL rəhbərliyi Gəncə stadionunun yararsız vəziyyətdə olduğunu nəzərə alıb, matçın orda keçirilməsini məqsədəuyğun bilməyib. Onlar stadion seçimini də artıq ediblər. Belə ki, mayın 25-də baş tutacaq qarşılaşmanın AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılır.

Qeyd edək ki, finala vəsiqə uğrunda “İnter”lə “Qarabağ”, “Neftçi” ilə “Qəbələ” komandaları mübarizə aparacaqlar. Yarımfinalın ilk görüşləri aprelin 27-də, cavab matçları isə mayın 4-də keçiriləcək. apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43