İdman

Azərbaycanın və digər ölkələrin yeni reytinq cədvəli açıqlandı

UEFA-nın yeni reytinq cədvəli bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişikliklər yaranıb.

Cədvəlin başında gələn İspaniya, İngiltərə İtaliya və Almaniya klublarının qazandıqları qələbələr adıçəkilən ölkələrin xal hesabına müsbət təsir edib. 

23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonra gəlir. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43