Ölkə futbolu

Azərbaycanın xal ehtiyatı artdı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ”nin səfərdə “Lill”lə bərabərə qalması Azərbaycanın xal ehtiyatını artırıb.

İdmanxeber.com-un məlumatına görə, bununla da ölkəmiz əmsalını 0,125 xal daha yaxşılaşdırıb.

Bununla da cari mövsüm toplanan xalımız 2,125-ə çatıb. Mövsümün qazancının 0,875-i “Qəbələ”nin hesabındadı, “Qarabağ” 0,500, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

 

5 mövsümün nəticələrinə görə 15,625 xalı olan Azərbaycan isə 24-cü pillədə qalıb. Lakin 23-cü olan Şotlandiya (1,050) və ən yaxın izləyicimiz Kiprlə (0,325) fərq də dəyişməyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43