Milli komanda

Azərbaycanın Xorvatiya qarşısında şansı cüzidi

Dünyanın məşhur bukmeker kontorları “Avro-2016″nın seçmə mərhələsinin Azərbaycan – Xorvatiya matçı üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqrebdə rüsvayçı şəkildə məğlub olan (0:6) millimizin qələbəsinə 8.75 əmsal verilib. Matçın heç-heçəsi 4.60, xorvatların qələbəsi isə 1.35 kimi dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya matçı sentyabrın 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43