Dünya futbolu

Azərbaycanlı futbolçu İsveçdə 4-cü qolunu vurdu

Dünən İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.

Həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” əvvəlki turlardan təxirə salınan matçda “Kista”nı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənəliyev bu matçda komandasının yeganə qolunun müəllifi olub.

9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43