Ölkə futbolu

Azərbaycanlı qapıçı “Antalyaspor”a qarşı oynadı

Azərbaycanlı qapıçı Davud Kəriminin formasını geyindiyi “Fəthiyəspor”  “Antalyaspor”un əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Davud Kərimi bu oyunda ikinci hissədə meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, Kərimi türk klubunda gününü ehtiyatda keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43