Premyer Liqa

“Azersun Arena”da bərabərlik (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, 2015-ci ilin son turunun oyunları 2 gündə keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. İlk öncə Sumqayıtda eyni aldı komanda turnir cədvəlinin zirzəmisində qərarlaşmış "Rəvan"ı qonaq edəcək. 

Turun mərkəzi görüşü isə Suraxanıda keçiriləcək. Burada lider "Qarabağ" çempionluq yolundakı əsas rəqiblərindən olan "Qəbələ"ni qopnaq edəcək.

Azərbaycan Premyer Liqası, 18-ci tur

19 dekabr (şənbə)

15:30. “Sumqayıt” – “Rəvan” – 3:3

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Qarabağ” – “Qəbələ” – 1:1
Qol: Ermin Zets 4, Əfran 79.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43