Kateqoriyasız

“Qarabağ”ın futbolçusundan böyük jest

Topaz Premyer Liqası XVIII turu çərçivəsində “Qarabağ” – “Qəbələ” matçı keçirilib.

İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, oyunun sonlarına yaxın meydan sahiblərinin futbolçusu İlqar Qurbanov alqışalayiq addım atıb.

Belə ki, 87-ci dəqiqədə top onun ayağından meydanı tərk etsə də, yan xətt hakimi qərarı məhz “Qarabağ”ın xeyrinə verib. Qurbanov isə hakimə topun ondan çıxdığını etiraf edib. Buna baxmayaraq baş hakim qərarını dəyişməyib.

İlqar Qurbanov jest olaraq topu kənara atdı.

Xatırladaq ki, oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. “Qəbələ”nin heyətində 4-cü dəqiqədə fərqlənmiş Ermin Zetsin qoluna Əfran İsmayılov 79-cu dəqiqədə cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43