Ölkə futbolu

Bədavinin öz qapısına üçüncü qolu – antirekord

Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb. 

İdmanxeber.az xəbər verir ki, bu uğursuzluqla “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üzləşib. Müdafiəçi 18-ci turun “Sabah”la səfər oyununda (1:1) öz qapısına qol vurub.

Bununla da Hüseynov Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. “Qarabağ”ın futbolçusu Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Bədavi 2011/12 mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/14 mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da öz qapısına qol vurmuşdu.

Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda uğursuzluq yaşayıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43