Ölkə futbolu

Bahodir Nəsimovun durumuna aydınlıq gəldi

“Neftçi”nin futbolçusu Bahodir Nasimovun zədədən sonrakı durumuna aydınlıq gəlb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Sumqayıt”la ev oyununda xəsarət alan özbəkistanlı hücumçu həkim müayinəsindən keçib. Forvardın zədəsi o qədər də ciddi deyil.

“Gənclik şəhəri” təmsilçisi ilə matçda zədələnərək əvəzlənən legionerin köhnə zədəsi ilə bağlı (xaçvari bağları sındığından uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı) problem yoxdu.  Özbək həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Onun yaxın günlərdə kollektiv məşqlərə qatılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43