Kateqoriyasız

“Bakı” Çempionlar Liqasında mübarizə aparan klubla qarşılaşacaq – ÖZƏL

Paytaxtın "Bakı" klubu hazırlıqlara start verir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, "zolaqlılar" yanvarın 9-da məşqlərə start verəcək və 3 günlük Bakı toplanışının ardından İspaniyaya yola düşəcəklər. 

"Bakı"nın İspaniyada yoxlama görüşlərində üz-üzə gələcək rəqibləri də məlumdu. Belə ki, Pantiçin yetirmələri Rumıniyanın "Styaua" və Çin klubu ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaqlar. 

Qeyd edək ki, "Styaua" Çempionlar Liqasında mübarizə aparırdı və rumın təmsilçisinin qrupunda "Bazel", "Şalke", "Çelsi" kimi klublar var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43