Ölkə futbolu

Pantiç: “Söz verirəm ki, Azərbaycan dilini öyrənəcəm”

"Bakı"nın baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına maraqlı açıqlamalar verib.

Komandasının hazırkı durumunu dəyərləndirən çalışdırıcı dilimizi də öyrənəcəyinə söz verib.

"Bu çox yaxşı təcrübədir. Düzdür, ağırdır, ancaq gözəldir. Komandada hələ çox şey üzərində işləmək lazımdır. Çünki biz güclü yerli komandalara qarşı mübarizə aparırıq".

"Söz verirəm ki, Azərbaycan dilini öyrənəcəm. Ancaq hələ ki, mənim ispan dili üzrə tərcüməçim var. Bununla belə, mən rusca da danışıram. Bu dili bizə 8 yaşından məktəbdə öyrədiblər. Bakıda rus dilində insanlarla danışmaq olur".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43