Ölkə futbolu

Bakı “İnter”i “Ayaks”ın sabiq futbolçusunu transfer edir: müqavilənin müddəti bəllidi – ÖZƏL

Bakının “İnter” klubu növbəti transferini reallaşdırmaq üzrədi.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “bankirlər”in düşərgəsində baxışda olan Yussuf Fenic böyük ehtimalla Bank klubu ilə müqavilə bağlayacaq.

Bir neçə gündü “İnter”in məşqlərində iştirak edən 1993-cü il təvəllüdlü hücumameyilli yarımmüdafiəçi Sxadadzenin rəğbətini qazanıb. “Ayaks” futbol məktəbinin yetirməsi olan futbolçu ilə yaxın günlərdə 2 illik müqavilə imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Fenic “Ayaks”dan sonra, “Herenven” və “Zvolle” klublarının şərəfini qoruyub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43