Kateqoriyasız

Bakı klubunun qış planı

“Səbail”in qış təlim-məşq start verib.

Aftandil Hacıyevin rəhbərlik etdiyi hazırlığa “ASCO Arena”da başlayıb. 10 Yanvar tarixindən etibarən isə məşqlər  “Dalğa Arena”da davam etdiriləcək.

“Səbail” bu dövrdə 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. “Dənizçilər” ayın 14-də “Qarabağ-2” ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək “Səbail”, ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq. Ayın 21-də isə MOİK-lə oyun nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43