Kateqoriyasız

“Bakı” “Lans”a məğlub oldu

“Bakı” klubunun U-19 komandasının Fransanın Lans şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün komanda birinci yoldaşlıq oyununu keçirib.

“Lans” klubunun həmyaşıdları ilə maraqlı mübarizə şəraitində keçən oyun “Bakı”nın məğlubiyyəti ilə başa çatıb – 2:4.

“Bakı”: S.Əliyev (Y. Şirinov 59), Ş.Məmmədov, Y.Hakimov, R.Ağaverdiyev, M.İlyasov, İ.Cəbiyev (R. Kərimov 67), Y.Bağırov, N.Dosayev (N. Qocayev 79), Ə.Əlimərdanlı, E.Sayılov, V.Namazəliyev (L. Qocayev 60)

Qeyd edək ki, “Bakı”nın qollarına N.Dosayev (44) və Ə.Əlimərdanlı (65) imza atıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43