Ölkə futbolu

“Bakı” Pantiçi istefaya göndərir?: “Visente Kalderon”da “Barselona”nın qapısına 4 qol vurub”

Qış fasiləsindən sonra uğurlu çıxış edən “Bakı”nın son turlarda göstərdiyi uğöursuz çıxışından sonra diqqətlər klubun baş məşqçisi Milinko Pantiçin üzərinə yönəldi.

İdmanxeber.com-un  məlumatına görə, “zolaqlılar”ın çalışdırıcısının son günlərdə istefaya göndəriləcəyi ilə bağlı gəzən söz-söhbətə klubun vitse-prezidenti Yaşar Seyidov son nöqtə qoyub.

Seyidov saytımıza açıqlamasında Pantiçlə yola davam edəcəklərini və ona güvəndiklərini bildirib:

“Biz Pantiçə güvənirik. Onun yaxşı karyerası olub. “Visente Kalderon”da “Barselona”nın qapısına 4 qol vurub ki, katalonlar bunu heç zaman unutmayacaqlar. Belə bir karyeraya malik baş məşqçi “Bakı”ya xeyir verəcək və biz bunu qarşıdakı turlarda görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43