Dünyadan

Yurgen Klopp: “Çempionlar Liqasında favoritim “Real”dı”

Dortmundun "Borussiya" klubunun baş məşqçisi Yurgen Klopp "Real"la ÇL matçı öncəsi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, "sarı-qaralar"ın çalışdırıcısı Madrid klubu ilə oyunda şanslarının az olduğunu təəssüf hissi ilə bildirib:

"Ötən mövsüm final gördük. Bu il bu həyəcanı yaşaya bilməyəcəyik kimi görünür. Lakin biz sona kimi vuruşacağıq. Hələ heç nə bitməyib. Yarımfinala adlamaq üçün savaşacağıq. ÇL-də favoritim "Real"dı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43