Premyer Liqa

“Bakı” paytaxt derbisinə hazırdı

Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Komanda bu gün oyunöncəsi son məşqini keçirib.

11:30-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardından meydanın mərkəzinə cəmlənən “zolaqlılar” əyləncəli qaçdı-tutdu oynayıb. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçışa yer verilib. Çiskinli hava şəraitində davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib. Rəmzi olaraq “göylər” və “narıncılar”ın mübarizəsində ikincilər 6:5 hesabı ilə üstün olub.

Qeyd edək ki, hələ də zədəsini sağaldan Şəhriyar Əliyev kollektivdən ayrıca çalışıb. Zədəli olan Cavid Hüseynov və Elvin Əliyev isə hazırlıqda iştirak etməyib. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43