Ölkə futbolu

Pantiç söz verdi

“Əvvəlki oyunların ardı kimi “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur. “İnter” son saniyəyə kimi döyüşən komandadır. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir”.

Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Serbiyalı mütəxəssis komandasının “İnter”i də məğlub etmək əzmində olduğunu bildirib: “Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “böyük oyun”un iştirakçılarının ardından “İnter”i də yenmək əzmindəyik. Sadəcə, son dəqiqəyə qədər döyüşəcəyimizə söz verirəm. Kapitan Rauf Əliyevin meydana çıxmayacağı bizi çox narahat edir. Marius Pena da sabah bizimlə olacaq. Ancaq meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm”.

Qeyd edək ki, “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Bakı” oyunu sabah, saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43