Ölkə futbolu

“Bakı” – “Sumqayıt”: məşqçi fikirləri

Azərbaycan kuboku 1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” klubu “Sumqayıt” klubu ilə qarşılaşdı. Aqil Məmmədovun yetirmələrini 2-1 hesabı ilə məğlub edən paytaxt təmsilçiləri ¼ final mərhələsində “Rəvan” klubu ilə qarşılaşacaq.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Çətin oyun oldu, komandadan narazi deyilem. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər”.

Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Çətin oyun olmasına baxmayaraq üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım ki, hücum olmazdı, üstün oynamazlardı. Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu yenə də vurduq. Qələbə münasibətilə komandamı təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43