Ölkə futbolu

“Qapıçımızın qırmızı vərəqə almağı bizə təsir etdi”

Azərbaycan kuboku 1/8 final mərhələsində “Mil-Muğan” klubu “Qəbələ” klubu ilə qarşılaşdı və rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı. “Mil-Muğan” komandasının baş məşqçisi Mətləb Məmmədovun oyun haqda fikirlərini diqqətinizə çatdırırıq:

“Bildiyiniz kimi Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bu günki hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı, amma mən yenə də öz komandama çox sağ ol deyirəm. “Qəbələ” komandasına da gələcək oyunlarda uğurlar arzu edirəm”.

(PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43