Ölkə futbolu

“Bakı”da “Neftçi” ilə oyun öncəsi dərd üstünə dərd gəldi

Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Bakı” bu oyuna ciddi itkilərlə hazırlaşır.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “zolaqlılar”ın 3 üzvü bu matçda forma geyinə bilməyəcəklər.

Belə ki, Milinko Pantiç zədəli Rauf Əliyevdən başqa, “Simurq”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Etto və qırmızı vərəqə alaraq meydandan qovulan Vüqar Mustafayevin də xidmətindən məhrum olacaq. 

Qeyd edək ki, “Neftçi” – “Bakı” oyunu aprelin 5-də, saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43