Dünya futbolu

“Baku United” Avropada ilk qələbəsini qazanıb

İngiltərə çempionu olan “Baku United” futzal klubu UEFA Futzal Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib. B qrupunda mübarizə aparan “Baku United” Albaniya çempionu “Ali Demi” klubunu 4-1 hesabı ilə darmadağın edib.

Bakılılar hesabı oyunun 1-ci dəqiqəsində açsalar da, Albaniya çempionu artıq 4-cü dəqiqədə hesabı bərabərləşdirə bilmişdir. Bununla belə, 1-ci hissənin sonlarına yaxın “Baku United” hesabda yenidən irəli çıxıb. İkinci hissədə isə “Baku United” daha 2 qol vuraraq 4-1 hesabı ilə inamlı qələbə qazanıb. Xatırladaq ki, B qrupunun oyunları Polşanın Krakov şəhərində keçirilir.

Şənbə günü “Baku United” həlledici oyuna çıxacaq. Belə ki,” bakılıların” rəqibi meydan sahibləri, Polşa çempionu “Visla” klubu olacaq. Polşalılar ilk oyunda “Ali Demi”yə 5-0 hesabı ilə qalib gəlmişlər. Beləliklə, “Visla” – “Baku United” oyununun qalibi B qrupundan UEFA Futzal Kubokunun növbəti mərhələsinə yüksələcəkdir.

Xatırladaq ki, “Baku United” klubu İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43