Dünyadan

“Milan” məşhur futbolçunu transfer etdi

“Milan” transfer pəncərəsinin bağlanmasına az müddət qalmış daha bir futbolçunun keçidini həll edib.

“Rossonyerlər” “Yuventus”un hücumçusu Matrini rənglərinə bağlayıb. Tibbi müayinədən keçən Matri yeni klubu ilə müqavilə imzalayıb. Bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

29 yaşlı italyan forvardın transferi “Milan”a 11 milyon avroya başa gəlib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43