Ölkə futbolu

Baqali Dabo: “Komandaya fayda vermək üçün əlimdən gələni edirəm”

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına açıqlama verib. Antalya toplanışını dəyərləndirən fransız futbolçu komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirib:

“Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq. Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacam. Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43