İdman

Barqasın transferinin detalları bəlli oldu

“Neftçi”nin hücumçusu Uqo Barqasın “Bluminq” klubuna transferinin detalları açıqlanıb.

İdmanxeber.com-un “lostiempos.com” saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanacaq. Bu isə o deməkdir ki, Argentina əsilli fransız futbolçu ümidləri doğrultsa, müqavilə müddəti daha bir il uzadılacaq.

Qeyd edək ki, Barqas “Bluminq”dən ayrılan Alexandro Kintananın yerinə transfer olunur. Futbolçunun meneceri artıq ayrılmaq üçün “Neftçi”yə müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43