Dünyadan

“Barselona” azarkeşləri bu xəbərə sevinəcəklər

“Barselona” ilə bağlı inanılmaz iddia irəli sürülüb.

İdmanxeber.com-un məlumatına görə,  “El Mundo Deportivo” xəbər verir ki, Kataloniya klubu “Çelsi”nin ulduz futbolçusu Eden Hazardın transferində maraqlıdı. Belə ki, təcrübəli oyunçunun “Çelsi”dəki gələcəyi sual altındadı. 

London klubunun yayda bir neçə ulduz futbolçusu ilə yollarını ayıracağı bildirilir. “Barsa”nın da Hazard üçün qarşı tərəfə yaxşı pul təklif edəcəyi və “zadəganlar”ın da futbolçunu satma ehtimalının yüksək olduğu açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43