Dünyadan

“Barselona” azarkeşləri üçün 2 şad xəbər birdən

"Barselona" zədəli futbolçularından şad xəbər alıb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun ulduz futbolçusu Messi böyrəyindəki daşdan qurtulub. Onun ən azı bir həftə istirahətə ehtiyacı var. Məhz bundan sonra argentinalı forvard komandasına kömək edə bilər.

"Barsa"nın digər ulduzu Neymar da zədəsini sağaldıb. "Sambaçı" ümumi qrupda məşqlərə başlayıb. 

Neymarın Klublararası Dünya Çempionatının finalında "River Pleyt"lə matçda meydana çıxacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43