Dünyadan

“Barselona” fransalı futbolçu transfer edir – 20 milyona

“Barselona” “Sevilya”nın futbolçusu Kevin Qameyroya “elçi” düşüb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Mundo Deportivo” xəbər yayıb.

Kataloniya klubu fransalı futbolçu üçün 18-20 milyon avro civarında “Sevilya”ya təklif göndərib.

Qarşı tərəfin buna hansı cavabı verəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43