Dünyadan

“Barselona” Luis Enrike ilə yollarını ayırır

“Barselona” klubunun rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq Luis Enrike ilə əməkdaşlıq etmək niyyətində deyil.

İdmanxeber.com-un məlumatna görə, buna səbəb mütəxəssislə son zamanlar futbolçuların münasibətinin yaxşı olmamasıdır.

Xüsusilə də Pikenin hakimlər haqqında söylədiklərinə dəstək olmadıqdan sonra futbolçular bir qədər də Luis Enrikedən inciyiblər. Bunu nəzərə alan rəhbərlik onun sözləşməsini uzatmaq fikrindən daşınmaq istəyir.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”nın baş məşqçisi vəsifəsində çalışan L.Enrike bu müddət ərzində 2 dəfə La Liqanın, 2 dəfə İspaniya Kral kubokunun, 1 dəfə İspaniya Superkubokunun, 1 dəfə UEFA Çempionlar Liqası və UEFA Superkubokunun və Klublararası Dünya Kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43