Dünya futbolu

“Barselona” Messi üçün “İnter Mayami” ilə ortaq çalışır

“Barselona” “İnter Mayami” ilə birlikdə Lionel Messi transferi üzərində işləyir.

İdmanxeber.az-ın məlumatına görə, Argentinalı hücumçunun PSJ ilə müqaviləsi iyunun 30-dək qüvvədədir. Onun uzadılması gözlənilmir.

Messinin Səudiyyə Ərəbistanından sərfəli təklifi var, lakin “Barselona”ya qayıtmaq və ya MLS klubuna keçmək variantı hələ də mövcuddur. “L’Équipe” nəşri yazır ki, Kataloniya təmsilçisi Leonun Amerikaya getməsinə qarşı deyil.

Belə ki, Mayami klubu Messi ilə müqavilə bağlayıb onu bir mövsümlük “Barselona”ya icarəyə verə bilər. 2024-cü il mövsümünün sonunda isə Lionel “İnter Mayami”yə geri dönəcək.

35 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində 40 oyunda 21 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun tam statistikası burada mövcuddur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43