Dünya futbolu

“Barselona” “Real”ın futbolçusunu istəyir

“Barselona” “Real”ın yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu üçün qarşı tərəflə təmasa keçməyə hazırlaşır.  “Real” Asensioya yeni müqavilə təklif etsə də, maaş futbolçunu qane etməyib. Tərəflərin maliyyə şərtlərində razılaşmadığı bildirilir.

Xəbərdə yarımmüdafiəçinin “Barselona”ya keçmək ehtimalının yüksək olduğu vurğulanıb. Asensio cari mövsüm “Real”da 23 oyun keçirib və 3 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43