Dünya futbolu

“Barselona” şokda – Messinin səhhəti pisləşdi

“Barselona”nın
futbolçusu Lionel Messi qarşıdakı günlərdə “Barselona”nın məşqlərində iştirak
edə billməyəcək.

İdmanxeber.com-un
məlumatına görə, buna səbəb argentinalı ulduz futbolçunun böyrəyində yenidən
problem aşkarlanmasıdı. Dekabr ayında eyni halı yaşayan Messinin səhhəti bu dəfə
daha pisdi.

Belə ki, böyrəyində aşkarlanan daşların onun futbol oynamasına və məşqlərdə
iştirak etməsinə ciddi problem yaradır. Bu gün tibbi yoxlamalardan keçən 30
yaşlı futbolçunun əməliyyat olma ehtimalı da var. Həkimlər isə yaya qədər əməliyyat
olunacağı təqdirdə Messinin uzun müddət yaşıl meydanlardan kənar qala biləcəyini
bildiriblər.

Qeyd
edək ki, Messi fevralın 10-da İspaniya kubokunun yarımfinal mərhələsinin “Valensiya”
ilə cavab qarşılaşmasında iştirak etməyəcək. Onun 4 gün sonra “Selta”yla görüşdə
də meydana çıxma ehtimalı çox azdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43