Kateqoriyasız

Devalvasiya “Qəbələ”ni çökdürür (FOTO)

Devalvasiyanın fəsadları “Qəbələ”də də özünü bariz göstərməkdədi.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” İdman Klubunun nəzdində fəaliyyət göstərən “Qəbələ İK” qəzeti fəaliyyətini dayandırıb.

Bu barədə qəzetin əməkdaşları sosial şəbəkədə məlumat veriblər. Bildirilir ki, qəzet bu gündən etibarən fəaliyyətinə son qoyub.

Qeyd edək ki, klubun vitse-prezidenti Fariz Nəcəfov ötəngünkü açıqlamasında ənənəvi “Gabala Cup” turniri gələn ilədək təxirə salındığını bilirib. Akademiya komandalarının hər ay xarici ölkələrə etdiyi səfərlərin siyahısı da qısaldılıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43