Dünyadan

“Barselona”da ciddi itki

“Barselona”nın futbolçusu Rafinya Alkantara İspaniya kubokunun 1/4 finalında “Real Sosyedad”la ilk  oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən qarşılaşmada oynamayacaq. Onun nə zaman yaşıl meydanları qayıdacağı hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Rafinya bu mövsüm 11 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43