Dünya futbolu

“Barselona”nın futbolçusu “Betis”də

İspaniyanın “Barselona” klubunun sabiq forvardı Kristian Telyonun “Betis”ə transferi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Espanyol”un yetirməsi olan Telyo 2010-cu ildən “Barselona”nın şərəfini qoyurdu. O, 2014-2016-cı illər aralığında “Porto”da, geridə qalan mövsümdə isə İtaliya “Fiorentina”sında icarədə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43