Ölkə futbolu

“Zirə” 3 legionerini səfərə apara bilmədi

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Diferdanj”la səfər oyununu keçirmək üçün bu səhər Lüksembuqra gedib.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Ayxan Abbasov açıqlamasında səfərə tam heyətlə – nəzərdə tutulan 20 futbolçu ilə çıxa bilmədiklərini söyləyib.

17 futbolçuyla yola düşdüklərini bildirən gənc mütəxəssis 3 legionerin sonra komandaya qoşulacağını bilıdirib: “Bunlar Jozef Boum II, Kervens Belfort və Viktor İqbekoyidir. Onlar vizalarını ala bilməyiblər. Bu gün həmin məsələ tam həll olunacaq. Vizaları veriləcək və bizdən bir gün sonra gələcəklər. Bu gün Lüksemburqa çatandan sonra istirahətdir. Sabah məşqimiz matç keçiriləcək stadionda olacaq. Həmin hazırııqda viza probleminə görə səfərə bizimlə çıxa bilməyən legionerlərimiz də iştirak edəcək”.

Qeyd edək ki,  iyulun 6-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək “Differdanj” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43