Dünyadan

“Barselona”nın prezidenti açıqladı: Növbəti transfer reallaşır

İspaniyanın “Barselona” klubunun prezidenti Jozep Bartomeu transfrer siyasəti haqqında maraqlı açıqlaması ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, “Barsa”nın rəhbəri daha bir transfer edəcəklərini açıqladı:

“Transfer dönəmi hələ bitməyib. Geriyə qalan günlərdə komandaya yeni futbolçular transfer edə bilərik”.

Bartomeu həmçinin sözlərinə əlavə edib ki, yaxın günlərdə idman direktoru Subizaretta və baş məşqçi Luis Enrike ilə bir araya gəlib yeni transferlərlə bağlı qərar verəcəklər.

“Barselona” bu yay Mark-Andre Ter Şteqen, Klaudio Bravo, İvan Rakitiç, Luis Suares və Ceremi Matyeni heyətinə qataraq transferlərə ümumilikdə 156 milyon avro xərcləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43