Kateqoriyasız

“Neftçi” UEFA-dan xahiş etdi

Az öncə “Neftçi” klubunun rəsmi “facebook” səhifəsi ötən gün şəhid olan 11 əsgərimizlə bağlı məlumat yerləşdirib.

İdmanxeber.com-un işıqlandırdığı məsələyə peşəkarcasına yanaşan klubun hazırda “facebook” səhifəsində sözügedən hadisə ilə bağlı məlumatlar yerləşdirilir.

Bundan əlavə, klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, “Neftçi” avqustun 7-də Çixuraya qarşı Tiflisdə keçiriləcək oyuna qara sarğıda çıxmaq istəyir. Bununla bağlı, “Neftçi” rəhbərliyi UEFA-ya müraciət edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43