“Barselona”nın futbolçusu Lionel Messi La Liqanın ikinci turunda sabah baş tutacaq “Malaqa” ilə matçda forma geyə bilməyəcək.
Buna səbəb argentinalı hücumçunun İspaniya suberkubokunun “Atletiko” ilə matçında zədələnməsi səbəb olub.
Bu barədə danışan baş məşqçi Xerardo Martino ulduz oyunçunnu ciddi bir zədəsinin olmadığını deyib: “Ancaq yenə də onu heyətə daxil etmədik. Çünki hələlik mövsümün əvvəlidi və risk etmək istəmirik”.
Qeyd edək ki, Messinin yerinə Neymarın “Malaqa” ilə oyunda forma geyəcəyi gözlənilir.