Ölkə futbolu

Baş məşqçi açıqladı: Musanın adı niyə iştirak ərizəsinə salınmayıb?

Millimizin hücumçusunun Musa Qurbanlının formasını geyindiyi  “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin adı görüşün iştirak ərizəsinə salınmayıb. Bununla bağlı baş məşqçi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib:

“Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.

 Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. “Yurqorden” hazırda 7 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43