Dünya futbolu

Fransalı forvard yayda MY-i tərk edəcək

Antoni Marsial yayda “Mançester Yunayted” tərk edəcək.

İdmanxeber.az məlumat verir ki, fransalı forvardın “qırmızı şeytanlar”la müqaviləsi bu mövsümün sonunda bitir. Hazırda zədəsini sağaltmaqla məşğul olan oyunçu növbəti klubuna gələcək aylarda qərar verəcək.

Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə cəmi 19 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43