Kateqoriyasız

“Başımızı dik tutmalıyıq” – Laurentsiu Regekampf

“Mənim üçün danışmaq çox çətindi. Oyundan qabaq planlaşdırdığımız şeyləri reallaşdıra bilmədik. Real imkanlardan yararlana bilmədik. Sonradan da qapımızda rahatlıqla iki qol gördük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın “Rapid” komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı sözərinə belə davam edib:

“Hal-hazırdakı durumda başımızı dik tutmalıyıq. Bu futboldu. Birgə qələbə qazanırıq, birgə məğlub oluruq. O cür real imkanlardan yararlana bilmirsənsə, uduzmaq normaldı. Çox asanlıqla qollar buraxdıq”.

Rumınıyalı mütəxəssis matçın hakimləri ilə bağlı verilən sualı belə cavablandırıb:

“Bizdə oyunun əlavə vaxta getməsi ilə bağlı plan yox idi. Azər Salahlını erkən itirdik. Ona görə də məcburi əvəzləmə etdik. Bu gün sən belə imkanları qaçırırsansa deməli, növbəti mərhələyə layiq deyilsən. Hakimliklə bağlı danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bəzi epizodlarda oyunun ipini əlindən buraxmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43