Kateqoriyasız

“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı – YENİLƏNİB

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olacaq.

“Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan) 2:0
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)
Vyana, “Allianz” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43