Kateqoriyasız

“Neftçi”nin pley-offdakı potensial rəqibi dəqiqləşdi

Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” – “Rapid” cütünün qalibinin potensial rəqibləri olan “Konyaspor” (Türkiyə) və “Vaduts” (Lüksemburq) komandaları 3-cü mərhələnin cavab oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, matç Lixtenşteyn klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından “Vaduts” pley-offa yüksəlib və “Neftçi” üçün potensial rəqib olub.

Qeyd edək ki, “Neftçi” Bakıdakı görüşdə “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Hazırda Vyanada keçirilən oyunda isə hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43