İdman

“Bavariya” – “Beşiktaş” matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Bavariya” – “Beşiktaş” oyunu üçün hakim təyinatları bəlli olub.

İdmanxeber.com-un məlumatına görə,matçı Rumıniya Futbol Federasiyasından Ovidiu Hateqan idarə edəcək. Ona Oktavian Şovre və Sebastian George köməklik edəcək. 

Qeyd edək ki, “Bavariya” – “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xatırladaq ki, sabah keçiriləcək “Çelsi” – “Barselona” oyununu türk hakim Cüneyt Çakır idarə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43