Kateqoriyasız

“Bavariya” dünya çempionunu transfer etdi

“Ştutqart”ın futbolçusu Benjamin Pavar karyerasını “Bavariya”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Fransa millisinin heyətində dünya çempionu adını qazanan futbolçunun Münhen klubu ilə müqaviləsi 5 ildən sonra 5 iyun tarixində yekunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43