Dünya futbolu

“Bavariya” gənc oyunçunun müqaviləsini uzadacaq

“Bayern” komandanın yarımmüdafiəçisi Aleksandr Pavloviçin oyunundan razıdır.

İdmanxeber.az məlumat verir ki, klub rəhbərliyi almaniyalı futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etməyə hazırdır.

Pavloviçin “Bayern”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Almaniyalı yarımmüdafiəçi bu mövsüm münhenlilərin heyətində 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43